Digər

Seçki keçirməyə pulumuz yoxdur - Podolyak

26 Dec 2025, 08:30 1 baxış
Seçki keçirməyə pulumuz yoxdur - Podolyak

Ukrayna seçkiləri maliyyələşdirə bilməz, bunu digər ölkələr etməlidir.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.


“Bunu biz etməməliyik. Obyektiv olaraq, büdcə kəsirimiz olduğu üçün bunu ödəyə bilməyəcəyik", - deyə o bildirib.


Podolyakın sözlərinə görə, Ukrayna büdcəsi üçün digər xərclər, xüsusən də hərbi xərclər prioritetdir.


Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq imkanların yaradılacağı təqdirdə, seçki keçirməyə hazır olduğunu bəyan etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər