Digər

Zelenski Uitkoff və Kuşnerlə danışdı

25 Dec 2025, 21:05 1 baxış
Zelenski Uitkoff və Kuşnerlə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner ilə telefon danışığı aparıb.


Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında yazıb.


"Bu gün Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner ilə çox yaxşı söhbət etdim. İşin bəzi əhəmiyyətli detallarını müzakirə etdik. Davamlı sülh üçün yaxşı ideyalar var. Ümid edirəm ki, bu gün Milad razılaşmamız və müzakirə etdiyimiz ideyalar faydalı olacaq”, - deyə Zelenski bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər