Digər

Merzin reytinqi aşağı düşdü

21 Dec 2025, 15:37 1 baxış
Merzin reytinqi aşağı düşdü

Almaniya kansleri Fridrix Merzin reytinqi kəskin şəkildə aşağı düşüb.


Axar.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.


Sorğuya görə, hazırda respondentlərin yalnız 35%-i onun ölkənin gələcəyində əsas siyasi rol oynamasını istəyir. Bu, 2025-ci ilin iyul ayına nisbətdə 11% aşağı göstəricidir.


Respondentlərin üçdə ikisindən çoxu federal hökumətin fəaliyyətini tənqidi və ya çox tənqidi qiymətləndirir.

Mənbə axar.az

Oxşar Xəbərlər