Digər
Lukaşenko bu gün Sankt-Peterburqa gedir
Belarus Prezidenti Aleksandr Lukaşenko 21-22 dekabr tarixlərində Sankt-Peterburqda səfərdə olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.
Məlumata görə, Belarus lideri Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Rusiya və Belarus liderləri arasında danışıqların gündəliyinə ikitərəfli əməkdaşlığın əsas məsələlərinin və regional gündəliyin müzakirəsi də daxildir.
Mənbə
axar.az