Digər
Ukrayna Sumda əhalinin təxliyəsinə başladı
Ukraynanın Sum vilayətinin Rusiya ilə sərhədyanı kəndlərindən mülki əhalinin təxliyəsinə başlanılıb.
Axar.az xəbər verir ki, bunu Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov deyib.
“Əvvəllər təxliyədən imtina edən bəzi sakinlər Krasnopolskaya icmasından zirehli nəqliyyatla təxliyə ediliblər. Onlar hazırda tranzit mərkəzindədirlər və lazımi yardımı alırlar”, - Qriqorov bildirib.
Mənbə
axar.az