Digər

Bu ölkə Ukraynaya büdcə dəstəyi verəcək

21 Dec 2025, 01:27 1 baxış
Bu ölkə Ukraynaya büdcə dəstəyi verəcək

İsveç 2026-cı ildə Ukraynaya 200 milyon dollar birbaşa büdcə dəstəyi verəcək.


Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.


Nazirin sözlərinə görə, sözügedən büdcə dəstəyi Ukrayna vətəndaşlarının gündəlik ehtiyaclarını, əhəmiyyətli dövlət xidmətlərini, enerji təchizatını, səhiyyəni, məktəbləri, pensiyaları və digər ödənişləri əhatə edəcək.


Qeyd edək ki, İsveç avqustda Ukraynaya birbaşa büdcə dəstəyi göstərən ilk ölkə olub.

Mənbə axar.az

Oxşar Xəbərlər