Digər

ABŞ-da Ukrayna ilə bağlı mövqeyimizi bildirdik - Fidan

21 Dec 2025, 01:38 1 baxış
ABŞ-da Ukrayna ilə bağlı mövqeyimizi bildirdik - Fidan

ABŞ-da Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqladıq.


Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ, Misir və Qətərin iştirakı ilə Qəzza ilə bağlı keçirilən görüşdən sonra deyib.


“Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkmənistanda rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirdi və Rusiyanın mövqeyi ilə birbaşa tanış olduq. Ötən gün də amerikalılar, avropalılar və ukraynalılar arasında aparılan müzakirələri dinlədik. Türkiyənin mövqeyini də onlarla paylaşdıq", - Fidan qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər