Digər

Muzeydən Napoleona aid qızıl üzük oğurlandı

20 Dec 2025, 01:44 8 baxış
Muzeydən Napoleona aid qızıl üzük oğurlandı

Belçikanın Jenap şəhərindəki muzeydən Fransa imperatoru Napoleona məxsus qızıl üzük və digər tarixi eksponatlar oğurlanıb.


Axar.az xəbər verir ki, bu barədə RTBF məlumat yayıb.


Bildirilir ki, oğrular muzey binasına pəncərəni sındıraraq daxil olublar. Həmçinin bəzi eksponatların saxlanıldığı şüşə vitrinə də zərər vurublar.


Napoleona məxsus qızıl üzük beş brilyantlı 18 karatlıqdır.


Bu üzük imperator 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə məğlubiyyətdən dolayı qaçdıqdan sonra tapılıb. Napoleon dövrünə aid qızıl və gümüş sikkələr də yoxa çıxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər