Digər

Bu ölkə bizə Rusiyaya qarşı 6 milyard ayırdı - Zelenski

20 Dec 2025, 00:12 1 baxış
Bu ölkə bizə Rusiyaya qarşı 6 milyard ayırdı - Zelenski

Yaponiya növbəti il üçün Ukraynaya təxminən 6 milyard dollar yardım ayırıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında məlumat yayıb.


Zelenski dəstəyə görə Yaponiya Baş naziri Sanae Takaiçiyə təşəkkürünü bildirib.


O, bu məbləğin Rusiya təcavüzünə qarşı Ukraynanın müdafiəsinə kömək edəcəyini qeyd edib.


Prezidentin sözlərinə görə, Ukrayna Yaponiyanın təkcə Sakit okean regionunda deyil, həm də qlobal miqyasda liderlik mövqeyini yüksək qiymətləndirir.

Mənbə axar.az

Oxşar Xəbərlər