Digər

"Cahan" Şirkətlər Qrupuna daxil olan Enna MMC şirkəti "Dayaq" mükafatına layiq görülüb

19 Dec 2025, 17:22 1 baxış
"Cahan" Şirkətlər Qrupuna daxil olan Enna MMC şirkəti  "Dayaq" mükafatına layiq görülüb
Dekabr ayının 18-də İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində sahibkarlara "Dayaq" mükafatı təqdim olunub. 2025-ci ildə biznes fəaliyyətində innovativ və müasir yanaşmaların tətbiqi, ixracyönümlü məhsul və xidmətlərin istehsalı, həmçinin aktiv investisiya fəaliyyəti ilə fərqlənən "Cahan" Şirkətlər Qrupuna daxil olan "Enna" MMC "Dayaq" mükafatına layiq görülüb. Qeyd edək ki, "Enna" MMC innovativ texnoloji avadanlıqlarla təchiz olunmuş istehsal xəttinə malik olmaqla saatda 40 min, illik isə 230 milyon banka içki istehsal etmək gücünə sahibdir. Müəssisə istehsal potensialına görə Qafqaz regionunda ən iri zavodlardan biri hesab olunur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər