Digər

Putin təltif etmişdi, Paşinyan həbsinə göstəriş verdi

19 Dec 2025, 14:20 1 baxış
Putin təltif etmişdi, Paşinyan həbsinə göstəriş verdi

Baş nazir Nikol Paşinyan təhlükəsizlik qüvvələrinə Erməni Kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin qardaşı, arxiyepiskop Yezras Nersisyanın Ermənistana gəlişi ilə həbs olunmasına göstəriş verib.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


Məlumata görə, rəsmi qurumlar ictimaiyyətə açıqlama verməyib. Qeyd olunub ki, bu, arxiyepiskop Yezrasın uzun müddətdir Ermənistana səfər etməməsinin səbəbini izah edə bilər.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Yezras Nersisyanı Aleksandr Nevski ordeni ilə təltif etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər