Cəmiyyət
TƏBİB sədri: "Hemofiliya üzrə vacib yeniliklərdən biri innovativ dərman vasitələrinin təminata daxil olmasıdır"
"2025-ci ilin sonuna olan statistikaya görə, ölkə üzrə ümumilikdə 1772 nəfər hemofiliyalı xəstə qeydiyyata alınıb". Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqdə deyib. O bildirib ki, son illərdə hemofiliya sahəsində ən vacib yeniliklərdən biri innovativ dərman vasitələrinin təminata daxil edilməsidir: "Bu baxımdan "Emicizumab" xüsusi qeyd olunmalıdır. Dünyada hemofiliyanın profilaktik müalicəsində inqilabi hesab olunan bu preparat klassik faktor əvəzedici müalicədən fərqli olaraq, laxtalanma mexanizmini davamlı şəkildə dəstəkləyir, istifadəsi rahatdır və qanaxma tezliyini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb". Aygün Mirakif
Mənbə
oxu.az