Cəmiyyət
"Azəriqaz" rəsmisi: "İşğaldan azad edilmiş ərazilərdə 6800 abonentimiz var"
"Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismar İdarəsinin ərazisində təmir bərpa işləri aparılır". Oxu.Az-ın Xankəndi şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qarabağ Regional Qaz İstismarı İdarəsinin ümumilikdə 11 xidmət sahəsi mövcuddur və onlar üzrə işğaldan azad olunmuş ərazilərdə hazırda 6800 abonent var. O qeyd edib ki, bunlardan 1800 abonent sırf Xankəndi xidmət sahəsindədir: "2024-2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 30 məntəqə üzrə qazlaşma işləri aparılıb və köç olub. Hazırda işlərimiz davam etdirilir". Samir Əli
Mənbə
oxu.az