Cəmiyyət

Baş Mühəndis: "Kərkicahan ərazisində evlərin hamısı smart-kartlı sayğaclarla təchiz edilib"

19 Dec 2025, 14:00 1 baxış
Baş Mühəndis: "Kərkicahan ərazisində evlərin hamısı smart-kartlı sayğaclarla təchiz edilib"
"Azəriqaz" İstehsalat Birliyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin qazlaşdırılmasına başlayıb". Oxu.Az-ın Xankəndi şəhərinə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev deyib. O bildirib ki, qəsəbədə ilkin olaraq 40 fərdi yaşayış evi qazlaşdırılıb: "Burada yenidənqurma işləri aparılıb. Yaxın günlərdə qəsəbəyə ilkin olaraq 30, daha sonra isə 10 ailə köçürülməsi planlaşdırılıb. Bərpa işləri çərçivəsində qaz təsərrüfatında da yenidənqurma işləri aparılıb, yerüstü xətlər yeraltı xətlərlə əvəz edilib. Ümumilikdə 500 metr polietilen xətlər çəkilib. Hazırda ilkin mərhələdə 30, sonrakı mərhələdə isə 10 ev qazlaşdırılaraq sayğaclarla təmin edilib. Qəsəbə ərazisində bütün evlər qazlaşdırılıb, smart-kartlı sayğaclarla təchiz edilib". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər