Cəmiyyət

Sabahın hava proqnozu açıqlandı

19 Dec 2025, 13:55 1 baxış
Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.


Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər