Cəmiyyət

TƏBİB-in icraçı direktoru : "Normal doğuşların sayında artım müşahidə olunub"

19 Dec 2025, 12:48 1 baxış
TƏBİB-in icraçı direktoru : "Normal doğuşların sayında artım müşahidə olunub"
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da ötən illə müqayisədə 11 faiz artım deməkdir". Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib. O qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və ötən illə müqayisədə doqquz faiz azalıb: "Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki illə müqayisədə altı faiz azalma deməkdir". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər