Cəmiyyət

Vüqar Qurbanov: "Üç böyük xəstəxananın əsaslı yenidənqurma işləri davam edir"

19 Dec 2025, 12:52 1 baxış
Vüqar Qurbanov: "Üç böyük xəstəxananın əsaslı yenidənqurma işləri davam edir"
"Üç böyük xəstəxananın əsaslı yenidənqurma işləri davam edir". Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqində deyib. O bildirib ki, tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır: "Sözügedən fəaliyyət çərçivəsində istismara yararsız vəziyyətdə olan binaların yenidən qurulması, modul tipli tibb məntəqələrinin quraşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi üçün zəruri işlər görülür. Hazırda Nərimanov Tibb Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Klinik Xəstəxanasının əsaslı yenidən qurulması işləri davam edir. Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmiri başa çatıb və istifadəyə verilib. Bakı şəhərində yerləşən 50 tibb müəssisəsində rentgen və flüoqrafiya otaqlarında, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçirilir". İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasında ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi istiqamətində Bərdə rayonu ərazisində kənd həkim və tibb məntəqələrinin modul tipli avadanlıq, inventar daxil olmaqla quraşdırılması işləri icra olunur. O, həmçinin qeyd edib ki, 28 saylı Şəhər Poliklinikasının əsaslı təmiri, eləcə də 132 tibb müəssisəsində rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işlərinin aparılması planlaşdırılır: "Qubadlı rayonu ərazisində sendviç panel konteyner - modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılan layihələrdəndir. Eləcə də Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmiri və yenidən qurulması icra olunacaq əsas layihələr sırasındadır". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər