Cəmiyyət

Ceyhun Əliyev: "Bu il Balıqçılıq və Akvakultura Mərkəzi 15 nəfərə balıqovlama bileti verib"

19 Dec 2025, 11:58 1 baxış
Ceyhun Əliyev: "Bu il Balıqçılıq və Akvakultura Mərkəzi 15 nəfərə balıqovlama bileti verib"
"Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs (PHŞ) tərəfindən 2025-ci ildə 15 nəfərə balıqovlama bileti verilib. Oxu.Az xəbər verir ki, bu barədə mərkəzin sədri Ceyhun Əliyev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2025-ci il yanvarın 1-dən mayın 23-dək regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 69 akt tərtib edilib: "Ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilərək "İnzibati tənbehvermə haqqında Qərar" qəbul edilib, bir fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib. 2025-ci il iyunun 1-dən dekabrın 16-dək mərkəz tərəfindən ekoloji cinayət törədənlərə qarşı həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq inzibati məsuliyyətə cəlb edilib. Həmin müddət ərzində Su Nəqliyyatında Polis İdarəsinin mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı ümumilikdə 30 cinayət tərkibli hal yaranıb, 30 nəfər şəxs müvafiq məsuliyyətə cəlb olunub". Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər