Digər

NATO bu addımı atmağa hazır olsa, Rusiya... - Qruşko

19 Dec 2025, 11:46 10 baxış
NATO bu addımı atmağa hazır olsa, Rusiya... - Qruşko

Rusiya hazırda NATO-nun Moskvaya qarşı qarşıdurma kursunu yenidən nəzərdən keçirməyə hazır olduğuna dair heç bir əlamət görmür.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.


“Hazırda NATO-nun Rusiyaya qarşı qarşıdurma kursunu yenidən nəzərdən keçirmək, qarşılıqlı maraqlara hörməti nəzərə almaqla, bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanan regional təhlükəsizlik məsələləri üzrə dialoqa başlamaq niyyətində olduğuna dair heç bir əlamət görmürük. Əgər NATO belə bir addım atmağa hazırdırsa, bizi haradan tapacaqlarını bilirlər”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər