Digər

Məşhur baş məşqçi vəfat etdi

19 Dec 2025, 11:56 11 baxış
Məşhur baş məşqçi vəfat etdi

Danimarka və Norveç milli komandalarının keçmiş baş məşqçisi Oqe Hareyde 72 yaşında vəfat edib.


Axar.az Telqeraf-a istinadən xəbər verir ki, bu barədə VG nəşri məlumat yayıb.


Mənbənin məlumatına görə, Hareydenin ölüm xəbəri dekabrın 18-də açıqlanıb. Norveçli mütəxəssisə iyulda beyin xərçəngi diaqnozu qoyulub.


Oqe Hareyde Danimarka milli komandası ilə DÇ-2018-də 1/8 finala qədər irəliləyib. Karyerası ərzində Hareyde həmçinin Norveç və İslandiya milli komandalarını çalışdırıb. O, klub səviyyəsində "Molde", "Rosenborq", "Vikinq", "Bröndbi", "Elsingborq", "Malmö" və "Örtgrüte" klublarında da işləyib. Hareyde məşqçilik karyerası ərzində İsveç, Danimarka və Norveç çempionu olub.

Mənbə axar.az

Oxşar Xəbərlər