Cəmiyyət
Novxanıda restoran yandı - Video
10:04
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Mənbə
axar.az