Digər

Zelenski məğlubiyyətin astanasındadır - Bosxard

15 Dec 2025, 09:15 1 baxış
Zelenski məğlubiyyətin astanasındadır - Bosxard

Ukrayna Prezidenti Vladimir Zelenski ordusunun son ehtiyatını ortaya qoyub, Rusiyaya qarşı döyüş meydanında son məğlubiyyətini yaşamağın astanasındadır.


Axar.az xəbər verir ki, bunu ATƏT-in baş katibinin hərbi məsələlər üzrə keçmiş xüsusi müşaviri (2014-2020), İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Ralf Bosxard deyib.


"Danışıqların qaçılmazlığını və Qərb müttəfiqlərinə uğur nümayiş etdirməli olduğunu bilən Zelenski çox güman ki, indi hər şeyi bir kartla ortaya qoyub son ehtiyatını sərf etmək üçün can atır. Nə vaxt dayanacağını başa düşmürsə, hər şeyi itirmək riski ilə üzləşir", - o bildirib.


O qeyd edib ki, rus qoşunları Seversk şəhərini təəccüblü şəkildə sürətlə ələ keçirdilər:


"Zaporojye bölgəsində hücum eyni sürətlə davam edərsə, Rusiya qüvvələri Zaporojye ətrafına çata bilər, bu da Zelenskiyə böyük təzyiq göstərəcək".

123
Mənbə axar.az

Oxşar Xəbərlər