Digər
Lukaşenko Tramp və Melaniyaya hədiyyə göndərdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniyaya ikona və zərgərlik əşyası hədiyyə edib.
Axar.az xəbər verir ki, hədiyyələr ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul vasitəsilə təqdim olunub.
Lukaşenko Melaniyaya Belarusun rəmzi gülü formasında hazırlanmış incə zərgərlik əşyası, Trampa isə Müqəddəs Nikolayın ikonasını göndərib.
Mənbə
axar.az