Digər
Fitso Ukraynanı "qara dəliyə" bənzətdi
Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanı Avropa Birliyinin maliyyə resurslarını və gələcəyini “udan qara dəlik” adlandırıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu fikirləri Feysbukda paylaşımında səsləndirib.
Fitso bildirib ki, Ukrayna milyardlarla avronu, rasional iqtisadi yanaşmanı və Aİ-nin dayanıqlı gələcəyini boşa sərf edir.
Baş nazir daha əvvəl Kiyevə ayrılan vəsaitlərin nə qədərinin mənimsənildiyi sualını qaldırıb və Ukraynaya əlavə maliyyə yardımının zəruriliyini şübhə altına alıb.
Mənbə
axar.az