Digər

Avropada yəhudi icmaları nəzarətə götürüldü

14 Dec 2025, 22:29 1 baxış
Avropada yəhudi icmaları nəzarətə götürüldü

Avstraliyada baş verən terror aktından sonra Böyük Britaniya və İrlandiyada yəhudi icması ilə əlaqəli məkanların mühafizəsi gücləndirilib.


Axar.az xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.


Bildirilib ki, Sidneydəki hücumla Londondakı təhlükə səviyyəsi arasında birbaşa əlaqə barədə məlumat olmasa da, profilaktik məqsədlə polis patrullarının sayı artırılıb və yəhudi icması ilə sıx əməkdaşlıq qurulub.


İrlandiyada isə RTE telekanalının məlumatına görə, yəhudi icmaları ilə əlaqə üçün xüsusi müfəttişlər təyin olunub, onlara aid mərkəzlərdə və tədbirlərdə patrul xidməti gücləndirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər