Digər

Ərdoğan: Türkiyənin Qəzza ilə bağlı mövqeyi dəyişməzdir!

14 Dec 2025, 21:25 1 baxış
Ərdoğan: Türkiyənin Qəzza ilə bağlı mövqeyi dəyişməzdir!

Qəzza zolağında böhranın nizamlanması məsələsində Ankaranın mövqeyi dəyişməz olaraq qalır.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə görüşündə deyib.


O qeyd edib ki, Türkiyə bu istiqamətdə zəruri addımları atmaqda davam edir və mövqeyindən geri çəkilməyəcək. Onun sözlərinə görə, Qəzza məsələsində hər hansı geri addım nə vicdan, nə də məsuliyyət baxımından qəbulolunan deyil.


Türkiyə hakimiyyəti daha əvvəl dəfələrlə Fələstin probleminin iki dövlət prinsipi əsasında həllinin vacibliyini vurğulayıb. Ərdoğan həmçinin Qəzzada atəşkəsin təmin olunmasını və humanitar yardımın çatdırılmasını ölkəsinin əsas prioritetləri sırasında göstərib.

Mənbə axar.az

Oxşar Xəbərlər