Digər

O, Rusiya ilə bağlı bu sözünə görə vəzifədə qalmayacaq

14 Dec 2025, 20:22 1 baxış
O, Rusiya ilə bağlı bu sözünə görə vəzifədə qalmayacaq

Macarıstanın Baş naziri Viktor Orban NATO-nun Baş katibi Mark Ruttenin Rusiya ilə mümkün münaqişə ilə bağlı açıqlamalarından sonra vəzifəsində qalacağına şübhə ilə yanaşdığını bildirib.


Axar.az xəbər verir ki, o, bu barədə “Mandiner” portalına verdiyi müsahibədə deyib.


"Mark Ruttenin sözləri narahatedicidir, çünki onlar keçmiş müharibənin dəhşətlərini xatırlatmaqla yanaşı, ABŞ-ın dediklərinə də ziddir. Sual budur ki, ABŞ Prezidenti Donald Tramp bu barədə nə deyəcək və NATO-nun Baş katibi hələ də öz vəzifəsində qalacaqmı?" - deyə Orban bildirib.


Orbanın sözlərinə görə, blok daxilində görünməmiş bir vəziyyət yaranıb, burada ABŞ sülh istəyir, Avropa isə müharibədə israr edir.


Qeyd edək ki, M.Rutte Rusiyanın Ukraynadan sonra növbəti hədəfinin Avropa ölkələri olacağını bildirib. O, Rusiyanın beş il ərzində Avropaya hücum edəcəyini iddia edib.

Mənbə axar.az

Oxşar Xəbərlər