Digər

BMT baş katibi Avstraliyadakı terrordan danışdı

14 Dec 2025, 17:06 11 baxış
BMT baş katibi Avstraliyadakı terrordan danışdı

BMT Baş katibi Antonio Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib.


Axar.az xəbər verir ki, Quterreş bu barədə X sosial şəbəkəsində yazıb.


"Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilən dəhşətli hücuma görə sarsılmışam və onu qətiyyətlə pisləyirəm. Hanukanın ilk günündə – sülh və işıq möcüzəsinin qaranlığı məğlub etdiyi bayramda – düşüncələrim bütün dünyadakı yəhudi icması ilədir", – paylaşımda qeyd olunub.


Qeyd edək ki, bu gün Avstraliyanın Sidney şəhərindəki Bonday çimərliyində keçirilən Hanuka yəhudi bayramında baş verən atışma zamanı 12 nəfər həlak olub.

Mənbə axar.az

Oxşar Xəbərlər