Digər

Arakçı Belarus və Rusiyaya gedir

14 Dec 2025, 14:29 1 baxış
Arakçı Belarus və Rusiyaya gedir

İran xarici işlər naziri Abbas Arakçı dekabrın 15-də Belarusa, 16-17-də isə Rusiyaya səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.


"Xarici işlər nazirinin Belarus və Rusiyaya səfəri dekabrın 14-də başlayacaq. Dekabrın 15-də o, Belarusda həmkarı və həmin ölkənin bir sıra digər yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. Nazirin 16-17 dekabrda Rusiyaya səfəri zamanı bu ölkənin hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır", - Bəqai bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər