Siyasət

Fransalı alim: "Qərbi azərbaycanlıların geridönüşü Ermənistanın da marağında olmalıdır"

05 Dec 2025, 10:38 1 baxış
Fransalı alim: "Qərbi azərbaycanlıların geridönüşü Ermənistanın da marağında olmalıdır"
"Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması Ermənistanın da marağında olmalıdır". Oxu.Az xəbər verir ki, bunu fransalı tarixçi alim Maksim Qone Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində baş tutan "Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar" adlı panel müzakirələrdə çıxışı zamanı deyib. O bildirib ki, 1990-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar Ermənistanın təcridinə gətirib çıxardı: "Ermənilər Qarabağda törətdikləri qırğınlardan diqqəti yayındırmaq üçün Kommunist Partiyası ilə birlikdə Sumqayıt hadisələrini törətdilər. Hazırda Azərbaycan və Ermənistan arasında sülh üçün münbit şərait yaranıb. Qərbi Azərbaycanlıların geridönüş Ermənistanın da marağında olmalıdır. Çünki onlar monoetnik dövlət olmayacaq. Azərbaycan və Türkiyə qapılarını ermənilərin üzünə açacaqlar. Bu da ermənilərin inkişafına səbəb olacaq. Həmçinin qeyd etməliyik ki, qayıdış hansısa təzminatlarla əlaqəli deyil. Bu sülhün, əmin-amanlığın əldə olunması ilə şərtləndirilməlidir". Fransalı tarixçi çıxışında müxtəlif illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan da bəhs edib. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər