Cəmiyyət

Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video

12 Nov 2026, 15:52 3 baxış
Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video
"İyulun 3-dən bu günə qədər Bakının Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən, dövlət tərəfindən mühafizə olunan XIX əsrə aid tarix-memarlıq abidəsinin qəzalı vəziyyət ilə bağlı tədbir görülməyib". Bunu Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edən sakin bildirib. O qeyd edib ki, iyulun 3-də şikayət mediada işıqlandırılsa da, aidiyyəti qurumlar heç bir addım atmayıblar. "Uzun müddətdir evin dam örtüyü yararsız haldadır. Hər dəfə güclü yağışdan sonra mənzilə su axır. Mənzil binanın sonuncu mərtəbəsində yerləşdiyindən yağıntı düşəndə otaqların müxtəlif hissələrinə vedrələr və ləyənlər qoymağa məcbur qalırıq". Müraciətdə qeyd olunub ki, sözügedən bina Dövlət Reyestrində 3424 nömrəsi ilə qeydiyyatda və mühafizə altında olan tarix-memarlıq abidəsidir. Dam örtüyünün uzun müddət təmir edilməməsi nəticəsində sakinlərin rahatlığının pozulması ilə yanaşı, tarixi-mədəni irs də məhv olur. Şikayətçi bildirib ki, məsələ ilə bağlı Mənzil-Kommunal İstismar Sahəsinə (MKİS), Səbail Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinə və s. dəfələrlə rəsmi müraciət etsə də, indiyədək problem öz həllini tapmayıb. O əlavə edib ki, mənzil tarixi-memarlıq abidəsi olduğu üçün öz hesablarına dam örtüyünü təmir etmək mümkün olmur. Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu verilib.

Xatırladaq ki, cari il iyulun 3-də problemi işıqlandırarkən Səbail Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, təmir işlərinin aparılması məqsədilə sözügedən yaşayış binası Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmir-titul siyahısına salınıb, ünvan nəzarətə götürülüb. Məsələnin ictimailəşdirilməsindən 5 aya yaxın müddətin keçməsinə baxmayaraq, hər hansı tədbir görülməməsi təəccüb doğurur.
{{gallery}}
Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video Beş ay əvvəl nəzarətə götürüldü, amma təmir edilmədi: Tarixi bina hələ də qəzalı durumdadır - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər