Digər

Zelenski Putinlə Antarktidada da görüşməyə hazırdır

10 Nov 2026, 18:13 3 baxış
Zelenski Putinlə Antarktidada da görüşməyə hazırdır

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə hətta Antarktidada da görüşməyə hazırdır, lakin Moskvada deyil.


Axar.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik deyib.


"Zelenski Putinlə ilk fürsətdə – dekabrda Floridada G20 sammiti çərçivəsində və ya zərurət yaranarsa, dünyanın istənilən başqa yerində, hətta Antarktidada belə görüşməyə hazırdı, amma Moskvada deyil", - o bildirib.


Diplomat Moskvanın belə bir görüş üçün məqbul yer olmadığını qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər