Digər
Rusiyanın nəhəng neft emalı zavodu vuruldu - Video
Ukrayna ordusu Yaroslavl vilayətindəki “Slavneft-YANOS” neft emalı zavoduna PUA zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində güclü yanğınlar başlayıb.
Qeyd edək ki, zavod Rusiyanın 5 ən böyük neft emalı müəssisəsindən biridir və ildə 15 milyon ton neft emal edir.
Mənbə
axar.az