Digər
"Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
Moskvadakı Şeremetyevo beynəlxalq hava limanının yaxınlığında vurulduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Axar.az xəbər ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Qeyd olunub ki, yanğın hava limanı yaxınlığında yerləşən "Rosneft" şirkətinə məxsus neft bazasında baş verib.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin oktyabrın 31-də paytaxta doğru uçan bir neçə PUA-nın vurulduğunu açıqlayıb.
Mənbə
axar.az