Cəmiyyət
Bakı-Xırdalan qatarı niyə gecikib? - Rəsmi
Bu gün saat 19:00-da Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata əsasən, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə tədbirlər görülür.
Mənbə
axar.az