Cəmiyyət

Tiflisə qatar reyslərinin sayı artırılır - Video

30 Oct 2026, 18:23 2 baxış
Tiflisə qatar reyslərinin sayı artırılır - Video

Noyabrın 1-dən Bakı–Tiflis–Bakı beynəlxalq sərnişin marşrutu üzrə yeni qatarın hərəkətinə başlanılacaq.


Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.


Məlumata görə, yeni qatar standard, standard+ və biznes sinif vaqonlarından ibarət olacaq. Yeni qatarın istifadəyə verilməsi ilə Bakı və Tiflis şəhərləri arasında gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər