Cəmiyyət

Keşlədə bir ildən çox davam edən su xətti problemi həll olundu

29 Oct 2026, 11:38 2 baxış
Keşlədə bir ildən çox davam edən su xətti problemi həll olundu
Keşlə qəsəbəsində magistral su xəttindəki problem həll edilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, İri Şəhərlərin Su Təchizatından (İŞST) məlumat verilib. Qeyd olunub ki, sözügedən ünvanda içməli su xəttində qəzanın baş verməsi ilə bağlı məlumat rayon sukanal idarəsinə daxil olan kimi əraziyə dərhal briqada cəlb edilib: "İki gün öncə xətdə təmir və bərpa işləri görülüb və şəbəkənin fəaliyyəti bərpa edilib". Xatırladaq ki, Nizami rayonu, Keşlə qəsəbəsində neftayırma zavoduna gedən dəmiryol xəttinin yaxınlığında magistral su xəttində bir ildən çoxdur qəza baş vermiş və müdaxilə olunmamışdı. Nəzrin Mirzəyeva
Mənbə oxu.az

Oxşar Xəbərlər