Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək
Niderland Azərbaycanda və Ermənistanda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün maliyyə yardımı ayıracaq.
Axar.az xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen İrəvanda erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyası vasitəsilə itkinlərin taleyinin müəyyənləşdirilməsi, cəsədlərin tapılması və identifikasiyası üçün yeni maliyyə dəstəyi göstəriləcək:
“Bundan əlavə, digər yardım imkanlarının da nəzərdən keçirilə biləcəyini istisna etmirik. Regionda sülhün bərqərar olması istiqamətində atılan addımları alqışlayır və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”.