Digər

İxracatı 23% azalsa da, İran sevinir – Səbəb

26 Oct 2026, 16:16 4 baxış
İxracatı 23% azalsa da, İran sevinir – Səbəb

Cari ilin birinci yarısında ixracımız dəyər baxımından 23%, çəki baxımından isə 30% azalma ilə üzləşib.


Axar.az xəbər verir ki, bunu Ticarətin İnkişafı Təşkilatının rəsmisi Fərhad Nuri deyib.


O, bunun İranın dəniz blokadası ilə üzləşməsi səbəbindən baş verdiyini bildirib:


“İxracatçıların bacarığı və alternativ ixrac yollarının tapılması ilə dəyər baxımından 23%, çəki baxımından isə 30% azalma ilə üzləşdik; əvvəlki tendensiya davam etsəydi, təbii ki, 70-80% azalma ilə üzləşərdik və bunun baş verməməsi iqtisadi fəalların səylərinin nəticəsidir”.

Mənbə axar.az

Oxşar Xəbərlər