Cəmiyyət

Biləcəridə sakinlərinin kabusu: Qaranlıq küçə və sahibsiz itlər - Video

22 Oct 2026, 14:18 2 baxış
Biləcəridə sakinlərinin kabusu: Qaranlıq küçə və sahibsiz itlər - Video
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində küçələrin işıqlandırılmaması və sahibsiz itlərin çoxluğu sakinlərin gündəlik həyatına çətinlik yaradır. Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.

Bildirilib ki, söhbət qəsəbənin Murad Məmmədli küçəsindən gedir. "Neçə ildir hava qaralan kimi bu küçəyə zülmət çökür. Heç bir yerdə işıq yoxdur. Üstəlik sürü ilə dolaşan sahibsiz itlər də ciddi problem yaradır. Mən şəkər xəstəsiyəm. Həkim tapşırıb ki, hər axşam yürüş etməliyəm. Amma bizim küçədə bunu etmək mümkün deyil. İkinci növbə dərsdən gələn uşaqlar da çox əziyyət çəkirlər. Gərək mütləq valideyn uşağını qarşılasın. Çünki sahibsiz itlər hər an adama hücum edə bilərlər. Dəfələrlə aidiyyəti üzrə şikayət etsək də, çarə edən yoxdur", - deyə şikayətdə bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər