Cəmiyyət

Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto

20 Oct 2026, 10:54 2 baxış
Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu bəlli olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
{{gallery}}
Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər