Digər

Bu aviaşirkətlər Ərəbistana uçuşları dayandırdı

13 Oct 2026, 10:26 4 baxış
Bu aviaşirkətlər Ərəbistana uçuşları dayandırdı

Qətər Hava Yolları və BƏƏ-nin “Etihad” aviaşirkəti təhlükəsizlik səbəbindən Səudiyyə Ərəbistanının bir neçə şəhərinə uçuşları müvəqqəti olaraq dayandırıb.


Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.


Məlumata görə, Qətər Hava Yolları Ər-Riyad və Dammama olan bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb. “Etihad” isə Əbu-Dabi ilə Ər-Riyad arasında uçuşları oktyabrın 19-dək ləğv edib. Şirkət həmçinin Ciddə və Dammama bir sıra reysləri bir neçə gün müddətinə dayandırıb.


Qeyd edək ki, Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına zərbələr endirməyə davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər