Digər
MKİ-nin əməkdaşı 194 milyon dollar oğurlayıbmış
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Devid Raş hökumətdən 194 milyon dollar oğurladığını etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Raş büdcə vəsaitlərini əldə etmək üçün uydurma hökumət proqramları və qurumları yaradıb. O, oğurlanmış pullardan qızıl külçələr, dəbdəbəli daşınmaz əmlak, saatlar və avtomobillər almaq üçün istifadə edib”, - məlumatda qeyd olunub.
Onun haqqında hökm 2027-ci ilin yanvarın 28-də oxunacaq. Devid Raşı 20 il müddətinə həbs cəzası, aktivlərin müsadirə edilməsi, dəymiş ziyanın ödənilməsi və cərimə gözləyir.
Mənbə
axar.az