Digər
Ərdoğanın "Koka-Kola" ilə bağlı sualı gülüş doğurdu
Nyu Yorkdakı Türk Evində ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi görüşdə rəsmi müzakirələrlə yanaşı, əyləncəli anlar da yaşanıb.
Qlobal içki şirkətləri “Koka-Kola” və “PepsiKo”nun nümayəndələri çıxış edən zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlara zarafatla “Hansınızın bazar payı daha çoxdur?” sualını ünvanlayıb.
Ərdoğanın bu sualı toplantı iştirakçıları arasında gülüşə səbəb olub.
Mənbə
axar.az