Digər

8 saatdan çox yatmaq adamı qocaldır

20 Sep 2026, 14:33 2 baxış
8 saatdan çox yatmaq adamı qocaldır

Aparılan bir araşdırma səkkiz saatdan çox yatmağın qocalmanı sürətləndirdiyini göstərib.


Axar.az xəbər verir ki, bu barədə “Nature” jurnalı aparılan tədqiqatların nəticələrinə əsasən məlumat yayıb.


“Alimlər 500 mindən çox insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, gecə ərzində altı saatdan az və ya səkkiz saatdan çox yatan şəxslərdə orqanizm daha sürətlə qocalır.


23 biomarker əsasında qiymətləndirilən bioloji yaş göstərib ki, ən ideal yuxu müddəti gündəlik 6,5–7,8 saatdır. Bu diapazondan kənara çıxan istənilən müddət qocalmanı sürətləndirir və sağlamlığa zərər vurur”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər