Digər
Türk dənizçinin ölümü ilə bağlı iş BCM-yə göndərildi
Qara dənizdə Türkiyəyə məxsus “Reyhan Sar” yük gəmisinə dron hücumu nəticəsində bir türk dənizçinin həlak olması ilə bağlı iş Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) göndərilib.
Axar.az xəbər verir ki, bu barədə “HaberDenizde” portalı məlumat yayıb.
Məlumata görə, iş üzrə toplanmış sübutlar BCM prokurorunun dəftərxanasına təqdim edilib:
“Növbəti mərhələdə müraciət BCM-nin müəyyən səviyyələrində ilkin baxışdan keçirilməlidir. Daha sonra bu işlə bağlı birbaşa araşdırmaya başlamaq barədə qərar qəbul ediləcək”.
Mənbə
axar.az