İqtisadiyyat

"Azərkimya" İB-nin məhsulları hansı ölkələrə ixrac olunur?

16 Sep 2026, 15:36 5 baxış
"Azərkimya" İB-nin məhsulları hansı ölkələrə ixrac olunur?
20 Sentyabr - Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub. Oxu.Az xəbər verir ki, media-turda əvvəlcə zavodun fəaliyyəti, istehsal gücü, ötən illər ərzində burada həyata keçirilmiş modernizasiya layihələri barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, zavodda Etilen, Polietilen, eləcə də Buxar və Elektrik Enerjisi İstehsalatı (BEEİ) fəaliyyət göstərir. Rekonstruksiya və modernizasiya işlərindən sonra Etilen İstehsalatının illik layihə gücü etilen üzrə 190 min tona, propilen üzrə isə 187 min tona çatdırılıb. 2001-ci ildə istismara verilmiş BEEİ zavodun istehsalat sahələrinin buxar və elektrik enerjisi ilə təmin olunmasına xidmət edir. Həmçinin əlavə olunub ki, "Azərkimya" İstehsalat Birliyinin 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85%-dən çox olacağı gözlənilir. Qeyd edilib ki, müəssisə 2025-ci ildə istehsal gücündən 86% istifadə edib: "Bu il isə bu göstəricinin 85%-dən yüksək olması planlaşdırılır". İstehsalat Birliyinin məhsulları müxtəlif ölkələrə ixrac olunduğu bildirilib.
Zavodda istehsal edilən məhsullar əsasən Türkiyə, Estoniya və Çinə göndərilir. Öncə Türkiyə bazarının tələbatı ödənilir. Zavodda istehsal edilən məhsulların Mərkəzi Asiya ölkələrinə də tədarük edildiyi vurğulanıb. Media-tur çərçivəsində "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanıldığı bildirilib. Əlavə olunub ki, hazırda istehsal gücü "SOCAR Polymer" və "Azərkimya" daxili tələbatı nəzərə alınmaqla 2016-2021-ci illərdəki layihədə tam şəkildə artırılıb. Burada etilen üzrə məhsuldarlığımız 40%, propilen üzrə isə 70% artırılıb. Beş ildir qurğu bu formada, bu məhsuldarlıqla davam etdirilir. İndi aktiv fazada davam edən bizim modernizasiya və rekonstruksiya layihələrin olduğu bildirilib. "Bununla avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik fazası 95% tamamlanıb. Növbəti ildən etibarən sahə işlərinə start veriləcək. Hazırda məhsuldarlıq artırılması ilə bağlı hər hansı bir layihəmiz yoxdur". Daha sonra media təmsilçiləri zavodun istehsalat sahələri ilə tanış olublar.
"Azərkimya" İB-nin məhsulları hansı ölkələrə ixrac olunur? "Azərkimya" İB-nin məhsulları hansı ölkələrə ixrac olunur?
Mənbə oxu.az

Oxşar Xəbərlər