Digər

Qəzzada məcburi köçkünlərin binası çökdü: 11 ölü

16 Sep 2026, 11:28 2 baxış
Qəzzada məcburi köçkünlərin binası çökdü: 11 ölü

Qəzza şəhərinin qərbində məcburi köçkün fələstinlilərin sığınacağı olan çoxmərtəbəli yaşayış binası çöküb.


Axar.az xəbər verir ki, bu barədə Fələstin Mülki Müdafiəsi məlumat yayıb.


Hadisə nəticəsində 11 nəfər ölüb, onlardan beşi uşaqdır.


Onlarla insan itkin düşüb, xilasetmə əməliyyatları davam edir.


Qeyd edək ki, təxminən 70 məcburi köçkün fələstinlinin yaşadığı bina əvvəllər İsrail atəşi nəticəsində zərər görmüşdü.

Mənbə axar.az

Oxşar Xəbərlər