İqtisadiyyat

I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləği...

15 Sep 2026, 13:07 1 baxış
I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləği...

Bu ilin I yarısında Azərbaycana xaricdən 748,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 207,9 milyon ABŞ dolları pul köçürülüb.


Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.


Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,2% çox və 12,7% azdır.


Bundan başqa, AMB rəsmisi deyib ki, yanvar-iyun aylarında ölkənin təkrar gəlirlər balansında 525 milyon ABŞ dolları profisit yaranıb ki, bunu da əsasən pul baratları təmin edib.


"Pulköçürmə sistemləri vasitəsilə daxil olan vəsaitlər üzrə ölkələr Rusiya, Gürcüstan, Türkiyə, Amerika Birləşmiş Ştatları və digər ölkələrdir. Yaxın Şərq ölkələrindən köçürmələr olur. Amma həmin ölkələrdən köçürmələrdə hazırda böyük artım hiss etmirik. Yəni hazırda, Amerika-İran münaqişəsi zəminində, ölkəyə pul köçürmə sistemləri vasitəsilə xüsusi böyük məbləğdə vəsaitin daxil olmasını görmürük", - deyə S.Nəsirov əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər