Azərbaycanın 6 ayda xaricə satdığı neftin qiyməti…
2026-cı ilin birinci yarısında Azərbaycanın xarici ticarət balansında təxminən 6,2 milyard dollarlıq profisit yaranıb. Bu dövrdə ixrac 14,3 milyard dollar, idxal isə təxminən 8,1 milyard dollar təşkil edib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-ci ilin ilk 6 ayının yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
O əlavə edib ki, bu dövrdə Azərbaycan neftinin qiyməti orta qiyməti 94,5 dollar təşkil edib:
“Bu, keçən ilin müvafiq dövrünə nisbətən təxminən 30 faiz azalma deməkdir. Eyni zamanda, reallaşmış Azərbaycan qazının 1000 kubmetrinin qiyməti 313 dollar təşkil edib və keçən ilin müvafiq dövrünə nisbətən qazın qiyməti orta hesabla 4 faiz artıb”.